Tovuzda yol qəzasında 3 nəfər xəsarət alıb

Tovuzda yol qəzasında 3 nəfər xəsarət alıb Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
10 Aprel , 2021 23:52
Tovuzda yol qəzasında 3 nəfər xəsarət alıb

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

"VAZ" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıb. Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi