Tovuzda 27 yaşlı gənc yol qəzasında ölüb

Tovuzda 27 yaşlı gənc yol qəzasında ölüb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində “BАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müva
Hadisə
1 İyul , 2021 08:23
Tovuzda 27 yaşlı gənc yol qəzasında ölüb

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Yuxarı Öysüzlü kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi