Tovuzda yol qəzası zamanı yaralananların şəxsiyyətləri məlum olub - FOTO - YENİLƏNİB

Tovuzda yol qəzası zamanı yaralananların şəxsiyyətləri məlum olub - FOTO - YENİLƏNİB Tovuz. 19 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
19 Noyabr , 2018 22:00
Tovuzda yol qəzası zamanı yaralananların şəxsiyyətləri məlum olub - FOTO - YENİLƏNİB
Report

Tovuz. 19 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, bunlar Tovuz rayon sakinləri - 1995-ci il təvəllüdlü İsgəndərov İbrahim Arzu oğlu və 1964-cü il təvəllüdlü İbrahimov İmran Əliş oğludur.

Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***20:35

Tovuz. 19 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Maşın bazarı" deyilən ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik maşını ilə BMW markalı avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi