Tovuzda avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Tovuzda avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Tovuz rayonunda iki VAZ markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə
28 Avqust , 2019 22:36
Tovuzda avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB
Foto: "Report"

Tovuz rayonunda iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar Tovuz rayon sakinləri - Həsənov Natiq Dilqəm oğlu (1974-cü il təvəllüdlü), Rzayev Şərif Fəzail oğlu (1993-cü il təvəllüdlü) və Əsgərov Ruslan Cingiz oğludur (1998-ci il təvəllüdlü). 

Hər üç yaralı təcili tibbi yardım maşınları ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. R.Əsgərovun vəziyyətinin ağır olduğu bildirilir. Ona döş qəfəsinin əzilyi, sol aşağı və yuxarı ətrafların sınığı diaqnozu qoyulub, yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər iki yaralı isə Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:56

Tovuz rayonunda bir neçə nəfər xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi