Tovuzda yol qəzası nəticəsində iki nəfər yaralanıb

Tovuzda yol qəzası nəticəsində iki nəfər yaralanıb Qəza avtomobilin aşması nəticəsində baş verib
Hadisə
25 mart 2017 21:57
Tovuzda yol qəzası nəticəsində iki nəfər yaralanıb

Tovuz. 26 mart. REPORT.AZ/ Gecə saatlarında Tovuz rayonunda yol qəzası nəticəsində sürücü və sərnişin xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Yanıqlı kənd sakini, 1989-cu il təvəllüdlü, Ələkbərov Telman Eldar oğlunun idarə etdiyi avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, Tovuz rayon Köhnə Qala kənd sakini, 1995-ci il təvəllüdlü, İsmayılov Elvin Rafiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi