Tovuzda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Tovuzda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb Tovuz. 23 yanvar. REPORT.AZ/ Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
1458
23 Yanvar , 2019 23:23
Tovuzda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb
Foto: "Report"

Tovuz. 23 yanvar. REPORT.AZ/ Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun İbrahim Hacılı kəndi ilə hərəkətdə olan "VAZ-2107""QAZ-31" markalı avtomobillər toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İbrahim Hacılı kənd sakini Elnur Zeynalov və 1962-ci il təvəllüdlü Möhtəbər Həsənov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılardan E.Zeynalovun ayağı, M.Həsənovun isə burnu sınıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qusarda ölümlə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi