Tovuzda yol qəzası baş verib, yaralananlar var

Tovuzda yol qəzası baş verib, yaralananlar var Tovuz. 20 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.
Hadisə
20 Noyabr , 2018 20:41
Tovuzda yol qəzası baş verib, yaralananlar var
Foto: "Report"

Tovuz. 20 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "VAZ-21015" markalı minik maşını toqquşub. Nəticədə Qazax rayon sakini Tofiq Musa oğlu İbrahim və Tovuz rayon sakini Ədalət Xankişi oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi