Yuxarı

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB
© Report

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıblar.

Qeyd edək ki, hadisə Qazqulu kəndində qeydə alınıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 


***20:49

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazqulu kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi