Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Sentyabr , 2017 18:20
Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var
Report.az

Tovuz. 20 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Qovlar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Qovlar kənd sakini, 1937-ci il təvəllüdlü Mayıl Hüseyn oğlu Səfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Tural Valeh oğlu İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "VAZ-2106"nın sərnişini, Qovlar kənd sakini, 1970-ci il təvəllüdlü Elmira İsfəndiyar qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər üç yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi