Yuxarı

Tovuzda yol kənarında yaralı vəziyyətdə tapılan qadın xəstəxanada ölüb

Tovuzda yol kənarında yaralı vəziyyətdə tapılan qadın xəstəxanada ölüb
Qadının hansı şəraitdə ağır hala düşdüyü hələlik məlum deyil

Tovuz. 30 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda yol kənarında yaralı vəziyyətdə tapılan qadın yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Azaflı kənd sakini, Elnarə Həsən qızı Həsənova yaralı vəziyyətdə yol kənarında aşkarlanıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Onun hansı şəraitdə ağır hala düşdüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi