Tovuz. 23 yanvar. REPORT.AZ/ Tovuz rayonunda ağır yol qəzası baş verib.
"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, hadisə Tovuz Rayon Polis Şöbəsinə məxsus “Fiat” markalı post patrul xidməti (PPX) maşını ilə rayon sakini, 25 yaşlı Rəşad Qədimalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində baş verib. Nəticədə “VAZ-21011”də olan sərnişin, Tovuz şəhər sakini, 30 yaşlı Tural Əskərov hadisə yerində ölüb. Sürücü isə ağır bədən xəsarətləri isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 18:46
Tovuz rayonunda yol kənarında 25-30 yaşlarında kişi meyiti tapılıb.
"Report"un Qərb bürosunun verdiyi xəbərə görə, meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə göndərilib.
Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Onun avtomobil vurması nəticəsində həyatını itirdiyi ehtimal edilir.