Yuxarı

​Tovuzda yerli sakin evini yandıraraq intihar edib - FOTO

Onun meyiti asılmış vəziyyətdə aşkar edilib

Tovuz. 23 iyul. REPORT.AZ/ Tovuz rayonunun Qovlar qəsəbəsində yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın ev sahibi Vidadi Allahverdiyev tərəfindən törədilib.

Məlumata görə, yerli sakin evi yandırdıqdan sonra özünü asaraq intihar edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb. Nəticədə həyətdə olan maşın da zərər çəkib.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi