​Tovuzda yaşlı kişini maşın vurub, sürücü qaçıb

​Tovuzda yaşlı kişini maşın vurub, sürücü qaçıb 77 yaşlı kişinin vəziyyəti orta ağırdır
Hadisə
17 Yanvar , 2016 20:32
​Tovuzda yaşlı kişini maşın vurub, sürücü qaçıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

1939-cu il təvəllüdlü kənd sakini İsbəndiyar Abbasov çörək almağa gedərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi