Video əlavə olunub.
***10:24
Tovuz rayonunda su anbarında batan şəxsin meyiti tapılıb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Allahverdi oğlu Dilənovun meyiti Vahidli kəndi ərazisində olan Tovuzçay su anbarında tapılıb.
Faktla bağlı araşdırma aparılır.
*** 26 aprel, saat 21:24
Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.
Hazırda onun axtarışları davam edir. Əraziyə
Faktla bağlı araşdırma aparılır.
***19:51
Tovuz rayonunda 69 yaşlı kişi itkin düşüb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Dilənovun rayonun Vahidli kəndi ərazisində olan Qazıqulu gölündə batdığı ehtimal olunur.
Hazırda əraziyə xilasetmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.