Tovuzda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb

Tovuzda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.
Hadisə
4 Sentyabr , 2021 10:26
Tovuzda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb

Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə,Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayev və onun həyat yoldaşı Sadəgül Qocayeva ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi