Tovuzda yaşayış evi yanıb, xəsarət alan var - FOTO

Tovuzda yaşayış evi yanıb, xəsarət alan var - FOTO Tovuz rayonunda yaşayış evi əşyaları ilə birgə yanıb.
Hadisə
30 Noyabr , 2019 12:24
Tovuzda yaşayış evi yanıb, xəsarət alan var - FOTO

Tovuz rayonunda yaşayış evi əşyaları ilə birgə yanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Kənd sakini 1958-ci il təvəllüdlü Şəmşəd Məmmədova məxsus fərdi evdə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, fərdi ev əşyalarla birgə yanıb. Yanğın zamanı 1 nəfərin yüngül xəsarət aldığı bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi isə araşdırılır.

Son xəbərlər

Orphus sistemi