Tovuzda yanğın zamanı xəsarət alan qadın ölüb

Tovuzda yanğın zamanı xəsarət alan qadın ölüb Tovuz. 24 yanvar. REPORT.AZ/ Tovuz rayonunda gül dükanında baş verən yanğın zamanı xəsarət alan qadın ölüb.
Hadisə
24 Yanvar , 2018 15:57
Tovuzda yanğın zamanı xəsarət alan qadın ölüb

Tovuz. 24 yanvar. REPORT.AZ/ Tovuz rayonunda gül dükanında baş verən yanğın zamanı xəsarət alan qadın ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 18-də gecə saatlarında şəhərdəki ticarət mərkəzində yerləşən gül dükanında baş verən yanğın nəticəsində ağır xəsarət alan 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı aldığı xəsarətlərdən yerləşdirildiyi Bakıdakı xəstəxanaların birindən çıxarılaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirildiyi zaman yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi