Tovuzda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb - YENİLƏNİB

Tovuzda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
1 Mart , 2017 12:14
Tovuzda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb - YENİLƏNİB

Tovuz. 1 mart. REPORT.AZ/ Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinin operatorunu döyən şəxs oradan pul aparıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qovlar şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Belə ki, şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi