Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub

Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub Tovuz rayonunun Qovlar şəhərində avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə
19 İyul , 2019 22:45
Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub

Tovuz rayonunun Qovlar şəhərində avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alanlardan ikisinə ilkin tibbi yardım göstərilib və onlar daha sonra evə buraxılıblar.

Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Məhərrəmov Məhəmməd Qoşqar oğlunun isə aldığı xəsarət daha ciddi olduğundan onun müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi