Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb Yaralının üzü tanınmaz hala düşüb, onun vəziyyəti ağır olaraq qiymətləndirilir
Hadisə
29 İyul , 2017 14:14
Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

Tovuz. 29 iyul. REPORT.AZ/ Tovuz rayonunda 25 yaşlı velosipedçi idarəetməni itirərək dərin quyuya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qəribli kəndində baş verib. 

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Etibar Qəzənfər oğlu Musayev velosipedlə yüksək sürətlə hərəkətdə olarkən diqqətsizlikdən yol kənarındakı quyuya düşüb. Nəticədə baş və üz nahiyələrindən ağır xəsarət alan velosipedçi yaxınlıqdan keçən şəxslər tərəfindən xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və travmatologiya şöbəsində müalicəsi davam etdirilir. 

Yaralının üzünün tanınmaz hala düşdüyü bildirilir, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi