Yuxarı
    Bağlamaq

    Tovuzda VAZ 2107 markalı avtomobil piyadanı vurub

    Vəziyyəti orta ağırdır© Cod40.ru

    Tovuz. 17 iyul. REPORT.AZ/ Tovuz rayonunda piyadanın vurulması ilə yol nəqliyyat hadisəsi baş verib. "Report"un qərb bürosunun məlumatına görə, hadisə rayonun Düzqırıxlı kəndi ərazisində baş verib. Bakı-Qazax yolunun Düzqırıxlı kəndi ərazisində VAZ 2107 markalı avtomobil Qazax rayonunun Çaylı kənd sakini Alim Qocayevi vurub.

    Xəsarət alan piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.

    Hadisə ilə bağlı araşdırma başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi