Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub

Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub Koluklar Əhməd sürücüsü hələlik məlum olmayan avtomobil tərəfindən vurulub
Hadisə
14 Mart , 2017 00:58
Tovuzda Türkiyə vətəndaşını avtomobil vurub
Courtesy İmage

Tovuz. 14 mart. REPORT.AZ/ Tovuz rayonunda Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Aşağı Əyyublu kəndindən keçən hissəsində baş verib.

1991-ci il təvəllüdlü Türkiyə vətəndaşı Koluklar Məhəmmədəli Əhməd idarə etdiyi "TIR" markalı yük avtomobilini yolun kənarında saxlayaraq yaxınlıqdakı mağazaya getmək istəyib. Lakin o, yolu keçərkən sürücüsü hələlik məlum olmayan avtomobil tərəfindən vurulub.

Yaralı yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyat edilən Koluklar Məhəmmədəli Əhmədin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi