Tovuzda traktorun qoşqusu aşdı, xəsarət alan var

Tovuzda traktorun qoşqusu aşdı, xəsarət alan var Tovuz rayonunda qoşqunun aşması bir nəfərin xəsarət alması ilə nəticələnib.
Hadisə
3 may 2020 19:08
Tovuzda traktorun qoşqusu aşdı, xəsarət alan var
"Report"

Tovuz rayonunda qoşqunun aşması bir nəfərin xəsarət alması ilə nəticələnib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Düz Qırıqlı kəndində qeydə alınıb.

Qoşqulu traktor kənd ərazisində hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə traktorun qoşqusu aşıb. Bu zaman qoşquda olan Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü H.Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi