Tovuzun Əyyublu kəndində törədilən qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Tural Hüseynovu şəxsi münasibətlər zəminində bıçaqla qətlə yetirib.
Məlumata görə, hadisə mərhumun evinin qarşısında borc üstə törədilib. T.Hüseynov Bəxtiyarın yaxınlarından birindən borc pul alıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.



