Tovuzda sürücü ağır xəsarət alıb

Tovuzda sürücü ağır xəsarət alıb Tovuz sakini xəsarət alıb.
Hadisə
2 May , 2019 23:09
Tovuzda sürücü ağır xəsarət alıb

Tovuz sakini xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Yük avtomobilinin sürücüsü Gündüz Qəhrəmanov iş görən zaman ağır dəmir parçası ehtiyatsızlıqdan onun başına düşüb.

Yaralı xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.

Son xəbərlər

Orphus sistemi