Tovuzda stomatoloqun evindən 6000 dollar və 15000 manat dəyərində qızıl oğurlayan şəxslər tutulub

Tovuzda stomatoloqun evindən 6000 dollar və 15000 manat dəyərində qızıl oğurlayan şəxslər tutulub Bakı. 17 avqust. REPORT.AZ/ Tovuz rayonunda evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub.
Hadisə
17 Avqust , 2018 14:09
Tovuzda stomatoloqun evindən 6000 dollar və 15000 manat dəyərində qızıl oğurlayan şəxslər tutulub

Bakı. 17 avqust. REPORT.AZ/ Tovuz rayonunda evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub.  

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Tovuz rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən divarda quraşdırılmış seyfdən 6000 ABŞ dolları, 200 avro, 680 manat pul və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini Taleh Cəfərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynli saxlanılıblar. 

Qeyd edək ki, oğurluq İlham Ələkbərovun evindən olub və həmin şəxs kənddə stomatoloq kimi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi