Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsi döyənlər tutulub

Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsi döyənlər tutulub "Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb".
Hadisə
15 Oktyabr , 2021 12:03
Tovuzda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsi döyənlər tutulub
0 : 00
0 : 00

"Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb".

Bunu "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib: "Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Son xəbərlər

Orphus sistemi