Tovuzda sakinlər suyun gəlməməsinə etiraz olaraq aksiya təşkil ediblər - FOTO

Tovuzda sakinlər suyun gəlməməsinə etiraz olaraq aksiya təşkil ediblər - FOTO Sakinlərə içməli suyun verilməsində problemlər yaranıb
Hadisə
22 İyun , 2016 14:28
Tovuzda sakinlər suyun gəlməməsinə etiraz olaraq aksiya təşkil ediblər - FOTO

Tovuz. 22 iyun. REPORT.AZ/ Tovuz şəhərində sakinlər yolu bağlayaraq aksiya təşkil ediblər.

“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə şəhərin mərkəzi prospektində avtomobillərin hərəkəti çətinləşib, tıxac yaranıb.

Sakinlər bildirib ki, Nəsimi, M.Rəsulzadə, Y.Sadıqov küçələrinə 15 gündür içməli su verilmir. Buna etiraz olaraq sakinlər yolu bağlayıblar.

Əraziyə Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gəlib. Yolda hərəkət bərpa olunub. 

Tovuz Su-Kanal idarəsinin rəsi Azər Süleymanov “Report”un Qərb bürosunun müxbirinə bildirib ki, son günlər havanın yağmurlu olması nəticəsində Zəyəm çayında sululuq artırıb: “Buna görə də şəhərə su verilməsində çətinlik yaranıb. Sakinlərin içməli suya olan tələbatını ödəmək üçün bu gün həmin küçələrə su daşıyan maşınlarla içməli su gətirilib. Əhaliyə içməli suyun verilməsində yaranan problemlər iki gün ərzində həll olunacaq və sakinlər əvvəlki qaydada içməli su ilə təmin olunacaqlar”. 

Son xəbərlər

Orphus sistemi