Tovuzda qonşusu ilə dava zamanı xəsarət almış yaralı xəstəxanadan qaçıb - YENİLƏNİB

Tovuzda qonşusu ilə dava zamanı xəsarət almış yaralı xəstəxanadan qaçıb - YENİLƏNİB Vüqar Əsgərov ona tibbi yardım göstərən həkimlərlə mübahisə edib
Hadisə
6 Avqust , 2017 21:28
Tovuzda qonşusu ilə dava zamanı xəsarət almış yaralı xəstəxanadan qaçıb - YENİLƏNİB

Tovuz. 6 avqust. REPORT.AZ/ Tovuz rayonunda qonşusu ilə dava zamanı xəsarət almış Vüqar Vaqif oğlu Əsgərov xəstəxanada tibbi yardımdan imtina edib.

"Report"un Qərb bürosu xəbər verir ki, V.Əsgərov ona tibbi yardım göstərən həkimlərlə mübahisə edib. O, bundan sonra xəstəxanadan qaçıb.

Qeyd edək ki, V.Əsgərov qonşusu ilə Nəriman Nərimanov küçəsində dava edib. Bu zaman o, üz və çənə nahiyəsindən kəsici alətlə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


***20:50

Tovuz rayonunda qonşular arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib.

Rayon sakini, Vüqar Vaqif oğlu Əsgərov hələ ki, bilinməyən səbəbdən qonşusu ilə dava edib. Bu zaman onun üz və çənə nahiyəsinə kəsici alətlə xəsarət yetirilib.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi