Tovuzda qətl törədən şəxs saxlanıldı

Tovuzda qətl törədən şəxs saxlanıldı Tovuz rayonu Abulbəyli yaşayış massivində qətl qeydə alınıb.
Hadisə
6 Aprel , 2020 10:01
Tovuzda qətl törədən şəxs saxlanıldı

Tovuz rayonu Abulbəyli yaşayış massivində qətl qeydə alınıb.

"Report"un məlumatına görə, rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib.

A.Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. O, mağazanın giriş qapısında E.Mehdiyevlə rastlaşıb və nəticədə əlbəyaxa dava düşüb. Dava zamanı A.Sultanov əlinədi bıçaqla E.Mehdiyevin ürəyindən bir-neçə bıçaq zərbəsi vurub. E.Mehdiyev A.Sultanovun əlindən qaçaraq rayonun Ə.Cavad küçəsi istiqamətində qaçıb.

Səhər saatlarında E.Mehtiyevin meyiti Ə.Cavad küçəsindəki kanaldan tapılıb.

A.Sultanov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi