Tovuzda qardaşlardan birini öldürüb, digərini yaralayan şəxs saxlanılıb

Tovuzda qardaşlardan birini öldürüb, digərini yaralayan şəxs saxlanılıb Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.
Hadisə
179
8 Dekabr , 2021 14:18
Tovuzda qardaşlardan birini öldürüb, digərini yaralayan şəxs saxlanılıb

Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.

"Report"un məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakinləri - 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Alırzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Daha sonra M.Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi