Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb

Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb Tovuz rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
Hadisə
20 Sentyabr , 2021 15:55
Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb

Tovuz rayonunda qanunsuz ov edən şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb.

Araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan "Toz-87" markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub.

İ.Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi