Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Hacıalılı kəndində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, 1992-ci il təvəllüdlü Nicat Əhmədovun bibisi qızı olub.
Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.
Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat həyat yoldaşı, 1998-ci il təvəllüdlü Əhmədova Nuranə Qafar qızının boğazını kəsərək qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.