Tovuzda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Tovuzda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib Qadın xəstəxanaya yerləşdirilib
Hadisə
24 İyul , 2017 00:39
Tovuzda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Tovuz. 24 iyul. REPORT.AZ/ Tovuz rayonunun Əlimərdanlı kəndində intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü kənd sakini Aynur Hüseynova ailə münaqişəsi zəminində müxtəlif dərman preparatları içərək intihara cəhd edib.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tibbi yardım göstəriblər və Reanimasiya şöbəsinə yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi