Tovuz. 22 avqust. REPORT.AZ/ Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un qərb bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 52 yaşlı Qabil Rüstəmov yolu keçərkən həmkəndlisi Boris Yusipovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil vurub.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.