Tovuz rayonunda ölən piyadanın şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Tovuz rayon Qədirli kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Məhərrəm Həsən oğludur.
Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***22:27
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz şəhərinin giriş hissəsində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.