Tovuzda patronun partlaması nəticəsində 3 nəfər xəsarət alıb

Tovuzda patronun partlaması nəticəsində 3 nəfər xəsarət alıb Hər 3 yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
14 İyul , 2015 13:35
Tovuzda patronun partlaması nəticəsində 3 nəfər xəsarət alıb

Bakı. 14 iyul. REPORT.AZ/ Tovuzda patronun partlaması nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dünən Tovuz rayonunun Əlibəyli kəndində yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən onun qonağı, Bakı şəhər sakini Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb.

T.Xanbabayev, bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi