Tovuz sakini motosikletin yük yerindən yıxılaraq ağır xəsarət alıb

Tovuz sakini motosikletin yük yerindən yıxılaraq ağır xəsarət alıb Tovuz şəhərində yerli sakin hərəkətdə olan nəqliyyat vasitəsindən yıxılaraq ağır xəsarət alıb.
Hadisə
3 Avqust , 2019 21:51
Tovuz sakini motosikletin yük yerindən yıxılaraq ağır xəsarət alıb

Tovuz şəhərində yerli sakin hərəkətdə olan nəqliyyat vasitəsindən yıxılaraq ağır xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Üç təkərli yedəkli motosikletin yük yerində olan sement kisələrinin üzərində əyləşən Yüsif Tağıyev ehtiyatsızlıqdan yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Yaralı ilk olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi