Tovuzda ölümlə nəticələnən yanğının təfərrüatı məlum olub 

Tovuzda ölümlə nəticələnən yanğının təfərrüatı məlum olub  Tovuz şəhərində ki, ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə
27 Yanvar , 2022 09:38
Tovuzda ölümlə nəticələnən yanğının təfərrüatı məlum olub 

Tovuz şəhərindəki ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayıb. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında dünyasını dəyişib.

Qeyd edək ki, Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb. Ə.Ələkbərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən ərazidə aparılan kəşfiyyat zamanı aşkarlanıb.

Onun meyiti adiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi