Yuxarı

Tovuzda ölümə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib

​Tovuzda ölümə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərildi

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Ənsərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nural Əliyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Tovuz rayonunda baş verib. H.Əliyev prospektində Bakı şəhər sakini Namiq Ənsərovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi əvvəl yol kənarındakı hasara çırpılıb, daha sonra isə aşıb.

Nəticədə sürücü və 2 sərnişin - Sumqayıt şəhər sakini, 26 yaşlı Mehdi Tağıyev, Şəki şəhər sakini, 26 yaşlı Növzət Mikayılov ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ağdaş rayon sakini Qiyas Ədilov isə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

N.Ənsərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi