Tovuzda oğul atanı təqaüd kartına görə çəkiclə öldürüb - YENİLƏNİB

Tovuzda oğul atanı təqaüd kartına görə çəkiclə öldürüb - YENİLƏNİB Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Hadisə
21 Avqust , 2019 22:15
Tovuzda oğul atanı təqaüd kartına görə çəkiclə öldürüb - YENİLƏNİB

Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Quşçu kəndində yaşayan 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.


***22:00

Tovuz rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi