Yuxarı

Tovuzda "Niva" aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Tovuzda "Niva" aşıb, xəsarət alanlar var

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yanıqlı kəndində, 1983-cü il təvəllüdlü Bilal Qurbanovun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Sərnişinə isə hadisə yerində ambulator yardım göstərilib.

Qeyd edək ki, sürücü yoluna çıxan heyvanı vurmamağa çalışan zaman idarəetməni itirib və qəza baş verib. Faktla bağlı araşdırma aparılır.


18:47***

Tovuz rayonunda yol qəzası olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yanıqlı kəndində qeydə alınıb.

Belə ki, avtomobilin qarşısına heyvan çıxıb və sürücü idarəetməni itirərək qəzaya düşüb. 

Xəsarət alanların olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi