Yuxarı

Tovuzda nəvə nənəsinin evindən oğurluq edib

Tovuzda nəvə nənəsinin evindən oğurluq edib

233

Tovuz rayonunda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, iyulun 4-də Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N. Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi