Tovuzda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Tovuzda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Sentyabr , 2017 00:07
Tovuzda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Tovuz. 3 sentyabr. REPORT.AZ/ Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. 

Kənd sakini, 1964-cu il təvəllüdlü Nüsrət Dəmir oğlu Rzayev yolu keçmək istəyərkən onu sürücüsü hələlik məlum olmayan avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi