Tovuzda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - FOTO - YENİLƏNİB-2

Tovuzda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - FOTO - YENİLƏNİB-2 Tovuz rayonunda yol qəzasında ölənlərin sayı 2-yə çatıb.
Hadisə
23 Oktyabr , 2019 20:09
Tovuzda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - FOTO - YENİLƏNİB-2
Report

Tovuz rayonunda yol qəzasında ölənlərin sayı 2-yə çatıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan Qədim Ağayev yerləşdirildiyi xəstəxanada ölüb.


*** 18:02

Tovuz rayonunda yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində Qarayev İsmət Şükür oğlu ölüb, Ağayev Qədim Nüsrət oğlu (1997) və Məmmədova Sunay Məqsəd qızı (2005) xəsarət alıb. 


*** 17:07

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. 

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub. 

Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi