Tovuzda mikroavtobus ilə yük maşını toqquşub, xəsarət alanlar var

Tovuzda mikroavtobus ilə yük maşını toqquşub, xəsarət alanlar var Faktla bağlı araşdırmalar aparılır
Hadisə
2 Avqust , 2017 12:08
Tovuzda mikroavtobus ilə yük maşını toqquşub, xəsarət alanlar var
Report

Tovuz. 2 avqust. REPORT.AZ/ Tovuz rayonunda mikroavtobus ilə yük maşını toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Bozqanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Ford" markalı yük avtomobili ilə "QAZel" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Anar Vaqif oğlu Kərimov və və bir qadın sərnişini, Tovuz rayonunun Əyublu kənd sakini, 1984-cu il təvəllüdlü Nəcibə İsmayıl qızı Həmzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi