Axşam saatlarında Tovuz şəhərində vurulan piyadaların şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar aşağıdakılardır:
Məmmədova Məhluqə Ayvaz qızı, 1965
Namazova Səbinə İlqar qızı, 2001
Məmmədov İsmayıl İlqar oğlu, 2006
***21:31
Tovuz şəhərində 3 piyadanı avtomobil vurub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə onlar yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib.
Hər 3 piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.