Yuxarı
    Bağlamaq

    Tovuzda maşın divara çırpılıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

    Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb

    Tovuz. 6 may. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunda 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

    "Report"un Qərb bürosu xəbər verir ki, rayonun Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Porsche" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və divara çırpılıb.

    Hadisə nəticəsində sürücü Qəhramanov Zakir Şakir oğlu ölüb. Maşında olan sərnişinlər, Tovuz rayon Alakol kənd sakinləri -  1984-cü il təvəllüdlü, Hüseynov Nurxan Əmirxan oğlu və 1990-cı il təvəllüdlü, Fətullayev Azad Ramiz oğlu ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi