Tovuzda bir ailənin 6 üzvü yabanı bitkidən zəhərlənib - YENİLƏNİB - FOTO

Tovuzda bir ailənin 6 üzvü yabanı bitkidən zəhərlənib - YENİLƏNİB - FOTO 74 yaşlı qadının vəziyyəti ağırdır
Hadisə
8 Aprel , 2016 01:56
Tovuzda bir ailənin 6 üzvü yabanı bitkidən zəhərlənib - YENİLƏNİB - FOTO

Bakı. 8 aprel. REPORT.AZ/ Tovuzun Molla Ayrım kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində bir ailənin 6 üzvü və onlara qonaq gələn 1 qadın zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, meşədən yığılan yabanı pencərdən hazırlanan kətəni yedikdən sonra ailə üzvlərinin orqanizmində narahatlıq yaranıb. Nəticədə 74 yaşlı Zərnişan Məmmədova, onlara qonaq gələn qızı Nazilə Əzizova, oğlu 38 yaşlı Sərdar, gəlini 28 yaşlı Aygül, nəvələri 11 yaşlı Şəlalə, 10 yaşlı Samir, 3 yaşlı Elnarə Məmmədovlar xəstəxanaya yerləşdirliblər. Zəhərlənən ailə üzvlərinə ilkin tibii yaradım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşaqların səhhəti normal olsa da, 74 yaşlı qadının vəziyyəti ağır olaraq qalır.

***00:09

Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Molla Ayrım kəndində qeydə alınıb.

Məlumata görə, 6 nəfər yerli sakin zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi