Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb Mübahisə zəminində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb
Hadisə
26 İyun , 2017 00:02
Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

Tovuz. 26 iyun. REPORT.AZ/ Tovuz rayonunda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, kütləvi dava hələ ki bilinməyən mübahisə zəminində baş verib. 

Belə ki, təxminən 10 nəfər rayonun Ağdərə kənd sakini, 1988-ci il təvəllüdlü İmamquluyev Sədrəddin Bakir oğlunu döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, mübahisə zəminində daha 3 nəfər də müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi